Şəbəkə
Open in Telegram
14 891
Subscribers
-1024 hours
-357 days
-9530 days
Posts Archive
Photo unavailableShow in Telegram
⚡️🇩🇪 Volkswagen 88 ildə ilk dəfə Almaniyada zavodunu bağlayır.
Drezdendəki müəssisənin ildə 200.000-ə qədər avtomobil istehsal etdiyi vaxtları olub.
Hazırda iqtisadi və enerji böhranı səbəbindən müəssisə bağlanır.
Buna qədər isə 35 min işçi ixtisar edilib.
🤔 17😁 3❤ 2
Photo unavailableShow in Telegram
⚡️🇺🇦 Zelenskİ NATO-dan imtina etməyə hazırdır - “Reuters”
❗️ Ukrayna prezidenti Qərbdən etibarlı təhlükəsizlik zəmanəti olarsa, NATO-dan imtina etməyə hazır olduqlarını bildirib.
Söhbət alyansa alternativ ola biləcək qorunma mexanizmindən gedir.
👍 10😁 6👎 2
🚌 Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Horovluya 21 ailə (79 nəfər) köçürülüb.
👍 19
📺 Axşam xəbərləri:
📍 Zelenskinin Berlində Uitkoff və Kuşnerlə görüşü başlayıb.
🗣️ Merz: Putin SSRİ-ni bərpa etmək istəyir.
💰 Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman "Barselona"nı 10 milyard avroya almaq istəyir.
❗️ UEFA Rusiyanın beynəlxalq turnirlərdə iştirakına qoyduğu qadağanı qaldırmayacaq.
🇦🇿 Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar. 2 qızıl, 1 gümüş, 2 bürünc
🥩 Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.
❄️ Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələrində buzlaşma yaranıb.
🌧️ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
❤ 5
⚡⚠️ Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
📍 Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
❤ 5👍 3
Photo unavailableShow in Telegram
🚨 Qusar rayonu, Yuxarı Ləgər kəndində ağır yol qəzası baş verib.
İdarəetmənin itirilməsi nəticəsində “KİA” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
🤔 5❤ 1
Photo unavailableShow in Telegram
📍 Sidneydəki terror aktını törədənlərdən biri pakistanlı miqrant Naveed Akramdir.
Hadisə nəticəsində ölənlərin sayı 12-yə çatıb.
😢 18👎 6😁 5❤ 1
Photo unavailableShow in Telegram
⚡🗣️ Zelenski:
📍 ABŞ kompromis təklif edir. "Siz Donbasdan çıxın, ruslar isə ora daxil olmayacaq". Sual yaranır, bu boz zonanı kim idarə edəcək və əgər Ukrayna ordusu geri çəkilirsə, onda ruslar niyə eyni məsafədə geri çəkilmir?
📍 Mən kreslodan yapışmamışam. Seçkilər olsa, təhlükəsizliyin təmin edilməsi barədə tərəfdaşlarımızla danışacağam.
📍 Əgər ABŞ təzyiq göstərərsə və müharibəni bitirmək üçün həqiqətən səy göstərərsə, Rusiya da güzəştə getməyə məcbur olacaq.
👏 34👍 9❤ 5😁 5
00:57
Video unavailableShow in Telegram
🌍 Dünya mediası Sidneydəki bu görüntüləri paylaşır.
❗ Yoldan keçən şəxs yalın əllə terrorçulardan birini tərki-silah edir.
clashreport-2000133125276610562-01.mp46.21 MB
🔥 45❤ 8👏 7
📺 Saatın xəbərləri:
🔥 Sidney çimərliyində iki silahlı şəxs yoldan keçənləri atəşə tutub. Hadisə nəticəsində 10 nəfərin öldüyü bildirilir. 60 yaralı var. Terrorçulardan biri məhv edilib, digəri isə tərki-silah edilib.
🔥 HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb.
❗ Tailandla Kamboca arasında toqquşmalar davam edir. Tramp isə hər iki ölkəni yeni tariflərlə hədələyib.
🇩🇪 Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb.
📍 Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb.
❗ NATO-da Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edilib.
🇺🇦 Ukrayna Silahlı Qüvvələri rusların müdafiəsini yarıb, Kupyanskıda təmizləmə əməliyyatları aparır.
🚀 Bu gecə Ukrayna PUA-ları Rusiyanın bir neçə vilayətinə hücum edib, bir neçə neft emalı zavodu və strateji əhəmiyyətli kimya müəssisəsinə zərbələr endirilib.
⚒️ Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binaları sökülür.
🎉 Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.
🌪️ Dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
❄️ Bu gecə və səhər Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq.
❤ 5👍 3
Photo unavailableShow in Telegram
🌨️ Bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar, qar yağır.
❄️ Yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.
📸 Foto: Quba
❤ 17👍 9
00:36
Video unavailableShow in Telegram
🥊💪 Boksçumuz Sübhan Mamedovun erməni idmançı üzərində qalib elan edilməsinin görüntüləri paylaşılıb.
IMG_9171.MP43.20 MB
❤ 50👍 14🔥 2
00:30
Video unavailableShow in Telegram
⚡️ Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, bu gün ruslar Qara dənizdə Türkiyəyə məxsus mülki gəmiyə PUA ilə zərbə endiriblər.
Hücum açıq dənizdə, Ukraynanın dəniz iqtisadi zonası daxilində həyata keçirilib.
Xoşbəxtlikdən ekipaj xəsarət almayıb.
Bu son 1 həftə ərzində Türkiyənin hücuma məruz qalan məxsus ikinci gəmisidir.
IMG_9169.MP42.58 MB
😡 16👍 4
00:15
Video unavailableShow in Telegram
🎤🎹 Tbilisidə uşaqların “Avroviziya” yarışı keçirilir.
📍 Beynəlxalq yarışa qatılan Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan təmsilçisi Yağmur Nəsrullayevaya yaxınlaşıb.
🤝 Yağmurun əlini sıxan erməni spiker ingilis dilində “səni tanımağıma şadam. Uğurlar arzulayıram. Sənin mahnın mənim xoşuma gəlir” sözlərini dilə gətirib.
IMG_9166.MP41.29 MB
❤ 32👏 21👍 8👎 5😡 2🤔 1
00:33
Video unavailableShow in Telegram
✈️⚽ Hindistana səfər edən argentinalı futbol ulduzu Lionel Messinin görüşünə 10 minlərlə azarkeş toplaşıb. Lakin futbolçunun stadionda çox az vaxt keçirməsi, azarkeşlərə əl yelləyib getməsi fanatları qəzəbləndirib.
Triibunaları dağıdan azarkeşlər meydana axışıblar.
Polis güc tətbiq edib. Görüşün təşkilatçısı saxlanılıb.
6.50 MB
😁 37❤ 3👎 3🔥 1
Photo unavailableShow in Telegram
⚡️ Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal, AXCP üzvü Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib.
Ədliyyə Nazirliyi məlumatı “Qafqazinfo”ya təsdiqləyib.
E.Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
😢 55👎 15❤ 2👍 2
00:15
Video unavailableShow in Telegram
⚡️ Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.
IMG_9163.MP42.84 MB
😡 43👎 5👍 3
Photo unavailableShow in Telegram
🥊 Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Dubayda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
İdmançımız finalda erməniəsilli Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.
❤ 43👏 20🔥 3
Photo unavailableShow in Telegram
⚡️ Lukaşenko Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib.
Bunun qarşılığında ABŞ Belarusa qarşı bəzi sanksiyaları ləğv edib.
Mətbuatın məlumatına görə, azad edilənlər arasında Belarus müxalifətçisi Mariya Kolesnikova və 1 613 gün həbsdə olan Nobel Sülh mükafatı laureatı Ales Belyatski də var.
❤ 9👍 3
⚡️🌨️ Sabah Bakıya sulu qar yağacaq
Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
👍 16❤ 9👎 2🎉 2😍 1
