ch
Feedback
Şəbəkə

Şəbəkə

前往频道在 Telegram

📳 Reklam təklifləri qəbul olunur. Əlaqə: @bot_shebeke

显示更多
14 891
订阅者
-1024 小时
-357
-9530
帖子存档
照片不可用在 Telegram 中显示
⚡️🇩🇪 Volkswagen 88 ildə ilk dəfə Almaniyada zavodunu bağlayır. Drezdendəki müəssisənin ildə 200.000-ə qədər avtomobil istehsal etdiyi vaxtları olub. Hazırda iqtisadi və enerji böhranı səbəbindən müəssisə bağlanır. Buna qədər isə 35 min işçi ixtisar edilib.
显示全部...
🤔 17😁 3 2
照片不可用在 Telegram 中显示
⚡️🇺🇦 Zelenskİ NATO-dan imtina etməyə hazırdır - “Reuters” ❗️ Ukrayna prezidenti Qərbdən etibarlı təhlükəsizlik zəmanəti olarsa, NATO-dan imtina etməyə hazır olduqlarını bildirib. Söhbət alyansa alternativ ola biləcək qorunma mexanizmindən gedir.
显示全部...
👍 10😁 6👎 2
🚌 Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Horovluya 21 ailə (79 nəfər) köçürülüb.
显示全部...
👍 19
📺 Axşam xəbərləri: 📍 Zelenskinin Berlində Uitkoff və Kuşnerlə görüşü başlayıb. 🗣️ Merz: Putin SSRİ-ni bərpa etmək istəyir. 💰 Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman "Barselona"nı 10 milyard avroya almaq istəyir. ❗️ UEFA Rusiyanın beynəlxalq turnirlərdə iştirakına qoyduğu qadağanı qaldırmayacaq. 🇦🇿 Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar. 2 qızıl, 1 gümüş, 2 bürünc 🥩 Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir. ❄️ Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələrində buzlaşma yaranıb. 🌧️ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
显示全部...
5
⚡⚠️ Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. 📍 Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
显示全部...
5👍 3
照片不可用在 Telegram 中显示
🚨 Qusar rayonu, Yuxarı Ləgər kəndində ağır yol qəzası baş verib. İdarəetmənin itirilməsi nəticəsində “KİA” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
显示全部...
🤔 5 1
照片不可用在 Telegram 中显示
📍 Sidneydəki terror aktını törədənlərdən biri pakistanlı miqrant Naveed Akramdir. Hadisə nəticəsində ölənlərin sayı 12-yə çatıb.
显示全部...
😢 18👎 6😁 5 1
照片不可用在 Telegram 中显示
⚡🗣️ Zelenski: 📍 ABŞ kompromis təklif edir. "Siz Donbasdan çıxın, ruslar isə ora daxil olmayacaq". Sual yaranır, bu boz zonanı kim idarə edəcək və əgər Ukrayna ordusu geri çəkilirsə, onda ruslar niyə eyni məsafədə geri çəkilmir? 📍 Mən kreslodan yapışmamışam. Seçkilər olsa, təhlükəsizliyin təmin edilməsi barədə tərəfdaşlarımızla danışacağam. 📍 Əgər ABŞ təzyiq göstərərsə və müharibəni bitirmək üçün həqiqətən səy göstərərsə, Rusiya da güzəştə getməyə məcbur olacaq.
显示全部...
👏 34👍 9 5😁 5
00:57
视频不可用在 Telegram 中显示
🌍 Dünya mediası Sidneydəki bu görüntüləri paylaşır. ❗ Yoldan keçən şəxs yalın əllə terrorçulardan birini tərki-silah edir.
显示全部...
clashreport-2000133125276610562-01.mp46.21 MB
🔥 45 8👏 7
📺 Saatın xəbərləri: 🔥 Sidney çimərliyində iki silahlı şəxs yoldan keçənləri atəşə tutub. Hadisə nəticəsində 10 nəfərin öldüyü bildirilir. 60 yaralı var. Terrorçulardan biri məhv edilib, digəri isə tərki-silah edilib. 🔥 HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. ❗ Tailandla Kamboca arasında toqquşmalar davam edir. Tramp isə hər iki ölkəni yeni tariflərlə hədələyib. 🇩🇪 Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb. 📍 Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb. ❗ NATO-da Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edilib. 🇺🇦 Ukrayna Silahlı Qüvvələri rusların müdafiəsini yarıb, Kupyanskıda təmizləmə əməliyyatları aparır. 🚀 Bu gecə Ukrayna PUA-ları Rusiyanın bir neçə vilayətinə hücum edib, bir neçə neft emalı zavodu və strateji əhəmiyyətli kimya müəssisəsinə zərbələr endirilib. ⚒️ Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binaları sökülür. 🎉 Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək. 🌪️ Dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. ❄️ Bu gecə və səhər Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq.
显示全部...
5👍 3
照片不可用在 Telegram 中显示
🌨️ Bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar, qar yağır. ❄️ Yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir. 📸 Foto: Quba
显示全部...
17👍 9
00:36
视频不可用在 Telegram 中显示
🥊💪 Boksçumuz Sübhan Mamedovun erməni idmançı üzərində qalib elan edilməsinin görüntüləri paylaşılıb.
显示全部...
IMG_9171.MP43.20 MB
50👍 14🔥 2
00:30
视频不可用在 Telegram 中显示
⚡️ Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, bu gün ruslar Qara dənizdə Türkiyəyə məxsus mülki gəmiyə PUA ilə zərbə endiriblər. Hücum açıq dənizdə, Ukraynanın dəniz iqtisadi zonası daxilində həyata keçirilib. Xoşbəxtlikdən ekipaj xəsarət almayıb. Bu son 1 həftə ərzində Türkiyənin hücuma məruz qalan məxsus ikinci gəmisidir.
显示全部...
IMG_9169.MP42.58 MB
😡 16👍 4
00:15
视频不可用在 Telegram 中显示
🎤🎹 Tbilisidə uşaqların “Avroviziya” yarışı keçirilir. 📍 Beynəlxalq yarışa qatılan Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan təmsilçisi Yağmur Nəsrullayevaya yaxınlaşıb. 🤝 Yağmurun əlini sıxan erməni spiker ingilis dilində “səni tanımağıma şadam. Uğurlar arzulayıram. Sənin mahnın mənim xoşuma gəlir” sözlərini dilə gətirib.
显示全部...
IMG_9166.MP41.29 MB
32👏 21👍 8👎 5😡 2🤔 1
00:33
视频不可用在 Telegram 中显示
✈️⚽ Hindistana səfər edən argentinalı futbol ulduzu Lionel Messinin görüşünə 10 minlərlə azarkeş toplaşıb. Lakin futbolçunun stadionda çox az vaxt keçirməsi, azarkeşlərə əl yelləyib getməsi fanatları qəzəbləndirib. Triibunaları dağıdan azarkeşlər meydana axışıblar. Polis güc tətbiq edib. Görüşün təşkilatçısı saxlanılıb.
显示全部...
6.50 MB
😁 37 3👎 3🔥 1
照片不可用在 Telegram 中显示
⚡️ Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal, AXCP üzvü Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib. Ədliyyə Nazirliyi məlumatı “Qafqazinfo”ya təsdiqləyib. E.Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
显示全部...
😢 55👎 15 2👍 2
00:15
视频不可用在 Telegram 中显示
⚡️ Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.
显示全部...
IMG_9163.MP42.84 MB
😡 43👎 5👍 3
照片不可用在 Telegram 中显示
🥊 Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Dubayda keçirilən dünya çempionatında qızıl medal qazanıb. İdmançımız finalda erməniəsilli Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.
显示全部...
43👏 20🔥 3
照片不可用在 Telegram 中显示
⚡️ Lukaşenko Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib. Bunun qarşılığında ABŞ Belarusa qarşı bəzi sanksiyaları ləğv edib. Mətbuatın məlumatına görə, azad edilənlər arasında Belarus müxalifətçisi Mariya Kolesnikova və 1 613 gün həbsdə olan Nobel Sülh mükafatı laureatı Ales Belyatski də var.
显示全部...
9👍 3
⚡️🌨️ Sabah Bakıya sulu qar yağacaq Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
显示全部...
👍 16 9👎 2🎉 2😍 1