es
Feedback
AZERBAIJAN 7/24

AZERBAIJAN 7/24

Ir al canal en Telegram

🌐 ƏN SON XƏBƏRLƏR ☎️Əlaqə: @telgramhesapTR

Mostrar más
7 889
Suscriptores
-924 horas
-407 días
-14530 días
Archivo de publicaciones
Photo unavailableShow in Telegram
Biləcəri dairəsində qəza baş verib. 67 nömrəli marşrutla 91 nömrəli marşrut toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəza 67 nömrəli marşrutun əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib.
Mostrar todo...
Repost from APA
00:35
Video unavailableShow in Telegram
Naxçıvanda dəmiryolunun Ermənistanla sərhəd hissəsində tikintiyə start verilib - APA-nın əməkdaşı tikintinin getdiyi ərazidə
Mostrar todo...
IMG_7459.MOV3.10 MB
👍 10
Repost from TgId: 1520969836
⚡️🇹🇷🇷🇺🇺🇦Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar: "Bu gündən etibarən Rusiya və Ukraynaya çağırış edirik ki, enerji infrastrukturumuzu bu müharibəyə qarışdırmasınlar” .
Mostrar todo...
Photo unavailableShow in Telegram
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir. Bu sözləri APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib. İsa Həbibbəyli bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq. Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Mostrar todo...
Ağdərədə heyvan otaran şəxs minaya düşərək xəsarət alıb
Mostrar todo...
🇩🇪🇺🇦 Almaniya XİN rəhbəri: Ukrayna referendumla nəticələnən ağrılı güzəştlərə getməyə məcbur ola bilər. “Əsas şərt budur ki, Ukraynaya Rusiyadan gələn hər hansı bir yeni təcavüzə qarşı müdafiəsiz qalmayacağına dair zəmanət verilsin”, - deyə o qeyd edib.
Mostrar todo...
1👎 1
00:49
Video unavailableShow in Telegram
🇦🇿Heydər Əliyev Fondu Uqandada humanitar yardım proqramı həyata keçirib.
Mostrar todo...
15.22 MB
👍 5👎 1🤣 1
00:07
Video unavailableShow in Telegram
Bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Mostrar todo...
7.55 KB
1
Photo unavailableShow in Telegram
🇦🇿🇹🇷Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Mostrar todo...
👍 2🤝 1
Repost from TgId: 1649327267
Cənubi Qafqazın transformasiyası: Çağırışlar və qeyri-müəyyənliklər 8 avqust 2025-ci ildə ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Birgə Bəyannaməni imzalamasından və sülh müqaviləsinin paraflanmasından sonra belə bir nəticəyə gəlmək olar ki, Cənubi Qafqaz regionunda yeni konfiqurasiyanın formalaşması üçün möhkəm təməllər qoyulub. 1990-cı illərin əvvəllərində müəyyən edilən və 25 il aktuallığını qoruyan regionun parametrləri artıq dəyişir. Hazırkı transformasiya dövrü bir sıra qeyri-müəyyənliklərlə xarakterizə olunur və biz bunları 2020-ci ilin 44 günlük müharibəsinin nəticələri işığında araşdırmağa çalışacağıq. Məhz bu müharibənin nəticələri regionun yeni parametrləri kimi nəzərdən keçirilməlidir. İlk nəticə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, ilk dəfə Rusiya (10 noyabr 2020-ci ildə, Moskva müharibənin nəticəsini dəyişdirməyə çalışsa da), Aİ/Fransa (7 oktyabr 2022-ci ildə, sonradan vəziyyəti dəyişdirməyə cəhd etsə də) və ABŞ (8 avqust 2025-ci ildə) tərəfindən bu və ya digər formada razılaşdırılıb. Nəticədə, ATƏT-in Minsk Qrupunun ləğvi ilə Ermənistan özü də müharibənin bu ədalətli nəticəsini tanıyıb. İkinci nəticə Azərbaycan və Ermənistan arasında sülhdür. Ermənistan-Azərbaycan münaqişəsi klassik etno-ərazi münaqişəsidir. Münaqişənin ərazi komponenti artıq paraflanmış sülh müqaviləsi və Birgə Bəyannamə ilə həll edilib. Sülh prosesi sürətlənib, yekun sülh müqaviləsinə nail olmaq üçün addımların ardıcıllığı aydındır, qarşılıqlı fəaliyyətin çərçivəsi və prinsipləri müəyyən edilib. Münaqişənin etnik komponenti uzun müddət tələb edəcək. Etnik sülhə nail olmaq üçün hakimiyyət orqanları və vətəndaş cəmiyyəti tərəfindən əlaqələndirilmiş fəaliyyət tələb olunur. Bu sahədə qarşılıqlı fəaliyyət formatları artıq müəyyən edilib. Yeganə qeyri-müəyyənlik sülh müqaviləsinin yekun imzalanması və ratifikasiya prosesidir. Burada qeyri-müəyyənliklər Ermənistanda keçirilən parlament seçkilərinin və yeni Ermənistan Konstitusiyası ilə bağlı referendumun nəticələridir. Üçüncü nəticə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıdır. Bu proses tamamilə Ermənistan-Azərbaycan münasibətlərinin dinamikasından asılıdır. Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının vaxtında olacağını demək olar. Burada da mövcud qeyri-müəyyənlik və çağırış parlament seçkilərinin və yeni Ermənistan Konstitusiyası ilə bağlı referendumun nəticələridir. Xarici təsir də qeyd olunur ki, onlar əsassız sürətləndirmə ilə bunu həddindən artıq edə bilərlər. Dördüncü nəticə isə kommunikasiyaların açılmasıdır. Burada daha çox qeyri-müəyyənliklər var... - Ermənistan və ABŞ tərəfindən təsdiqlənməli və həmçinin Azərbaycanla razılaşdırılmalı olan TRIPP-in iş rejimi; - Naxçıvanda dəmir yolunun modernləşdirilməsi - müddətlər və resurslar; - Naxçıvandan Türkiyəyə və Ermənistana dəmir yolu bağlantısı; - Qars-Naxçıvan dəmir yolunun tikintisi - müddətlər; - Naxçıvandan Ermənistana və daha sonra Gümrüdən keçərək Qarsa dəmir yolu bağlantısı yaranacağı təqdirdə, Qərb ictimaiyyətinin Rusiya Dəmir Yollarının Ermənistanda iştirakına münasibəti necə olacaq?! Axı Ermənistandakı TRIPP Rusiya şirkətini nəzərə almır. Buna görə də belə bir nəticəyə gəlmək olar ki, transformasiya dövrü bir çox qeyri-müəyyənliklər və çağırışlarla xarakterizə olunur və bu, normaldır. Əsas məsələ odur ki, qarşılıqlı əlaqə üçün çərçivə müəyyən edilib və bütün məsələlərin siyasi və diplomatik yollarla həlli üçün öhdəliklər götürülüb. Qeyri-müəyyən qalan məsələlərin həll variantları və yollarının tapılması üçün son tarixləri var. Başqa sözlə, işlər o qədər də pis deyil. Cənubi Qafqaz bölgəsinin yeni parametrləri, ilk növbədə, region dövlətlərinin müstəqilliyini və suverenliyini gücləndirməyə xidmət etməlidir. Bu parametrlər həmçinin xarici aktorların öz aralarındakı geosiyasi və geoiqtisadi rəqabəti münaqişə və açıq qarşıdurma səviyyəsinə keçirməsinə imkan verməməlidir. @cssc_cqtm
Mostrar todo...
1
Photo unavailableShow in Telegram
Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Mostrar todo...
🤣 10👍 7 1😭 1
Photo unavailableShow in Telegram
‼️ TƏCİLİ: Səhiyyə naziri vəzifəsindən AZAD EDİLDİ Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib. Bizim.Media xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, Samiq Sadıxov 31 may 2024-cü ildən bu vəzifəni icra edirdi.
Mostrar todo...
👍 2
02:00
Video unavailableShow in Telegram
❗️❗️"Elə bil bomba partlamışdı"- Zabratda baş verən qəzanın şahidləri DANIŞDI
Mostrar todo...
Elə_bil_bomba_partlamışdı_Zabratda_baş_verən_qəzanın_şahidləri_DANIŞDI.mp46.93 MB
AXCP sədri Əli Kərimli həbs olunub Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Mostrar todo...
👍 4👎 1
❗️Prezident Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayırıb Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb.
Mostrar todo...
👍 3
00:21
Video unavailableShow in Telegram
❗️Fransız hərbçi Makronun çıxışına dözə bilməyib səhnəni tərk etdi.
Mostrar todo...
IMG_2439.MP47.33 MB
Milli Şuranın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. "Report"un məlumatına görə, o, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.
Mostrar todo...
😢 3👍 1
Photo unavailableShow in Telegram
😢 3👍 2
00:34
Video unavailableShow in Telegram
Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Mostrar todo...
4.06 MB
09:51
Video unavailableShow in Telegram
AMEA sədri İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı şok videosu yayıldı
Mostrar todo...
IMG_8073.MP452.17 MB