Şəbəkə
Ir al canal en Telegram
14 892
Suscriptores
-1024 horas
-357 días
-9530 días
Archivo de publicaciones
Photo unavailableShow in Telegram
⚡️ ABŞ Venesuela hakimiyyətini xarici terror təşkilatı kimi tanıyıb.
❗️ Donald Tramp isə bəyan edib ki, Venesuelaya gedən və oradan gələn sanksiyalarına məruz qalan bütün neft tankerləri tam blokadaya alınıb.
😡 7❤ 2😁 1
⚡️🚌 Laçına, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb.
📍 Bu mərhələdə Laçına 17 ailə (69 nəfər), Hadruta 6 ailə (26 nəfər), Qırmızı Bazara 18 ailə (91 nəfər), Xıdırlıya isə 16 ailə (45 nəfər) köçürülüb.
❤ 2👍 1
Repost from İqtisadiyyat.az
❗️Dekabrın 16-dan yanvarın 4-nə qədər metroda gediş haqqı 30 qəpik olacaq
Bunun üçün sərnişinlər metro stansiyalarında ödənişlərini Birbank Visa (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.
😁 33👍 15👎 7
⚡❗ Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
❤ 37👍 23👏 7👎 2
⚡Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarının fəaliyyəti bərpa edilib.
Yaxın günlərdə Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarının da fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir.
👏 13👍 5❤ 2
🚌 Bu gün Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər) köçürülür.
Bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatacaq.
❤ 9👍 5
Photo unavailableShow in Telegram
⚡❗ Trampın nümayəndəsi Stiv Uitkoff Zelenski ilə görüşdə Ukrayna qoşunlarının Donbasdan çıxarılması tələbini irəli sürüb - "BİLD" yazır
🇷🇺 Məqalədə qeyd olunur ki, məhz bu məqam Putin üçün "açar detal"dır.
🗣️ Zelenski isə təmkinini pozmadan bir suala cavab istəyib:
"Əgər biz qoşunları geri çəksək, Rusiya da razılaşmanı pozaraq ora ordu yeritsə, nə baş verəcək? ABŞ-nin buna cavabı nə olacaq? Mənə dəqiq cavab lazım".
👍 37😁 5❤ 4
Repost from İqtisadiyyat.az
Photo unavailableShow in Telegram
❗Azərbaycan neftini ən çox bu ölkələr aldı - CƏDVƏL
❤ 6
Photo unavailableShow in Telegram
⚡ Sosial şəbəkələrdə vətəndaşları aldadaraq pullarını mənimsəyən 30 yaşlı Rəsul Həsənov saxlanılıb.
O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini “Instagram”da yaratdığı “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s. səhifələrdə paylaşaraq camaatdan pul yığıb.
Onun ümumilikdə 200.000 manata yaxın pul vəsaitini mənimsədiyi məlum olub.
😡 36😁 7❤ 3👍 2
Photo unavailableShow in Telegram
⚡ Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verilib.
👍 7😁 6
⚡ Tovuzun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.
🚨 Tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
❗ Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.
🗞️ "Qafqazinfo" xəbər verir ki, bəy (1992) qızdan 19 yaş böyük imiş.
🗞️ "APA" xəbər verir ki, 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.
📍 Saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.
😡 23👍 1
📺 Səhər xəbərləri:
💣 ABŞ Sakit okeanda narkotik daşıyan üç qayığı vurub.
🗣️ Tramp: “ABŞ Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq”
🇬🇷 Yunanıstanda vergi artımına etiraz olaraq ümummilli tətil başlayır.
🗣️ Kir Starmer: "Könüllülər koalisiyası" Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb.
💰 İlon Mask sərvəti 600 milyard dollar həddini aşan ilk şəxs kimi tarixə düşüb - Forbes
✈️ Türkiyənin Ticarət naziri Ömər Bolat Azərbaycana səfər edəcək.
📍 Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Gündəliyə 10 məsələ daxil edilib.
⚠️ Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar Xaçmaz şəhərinin bir hissəsi və 26 kənddə qaz təchizatı müvəqqəti dayandırılacaq.
🇦🇿 Minaya düşərək həlak olan “Gizir Xanı” kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.
🚌 Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 21 ailə (94 nəfər) köçürülüb.
👍 9❤ 4🤔 2
Photo unavailableShow in Telegram
⚡️🆘 Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib.
“Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur”
❗️ UPD: Valideynləri tapılıb və uşaq onlara təhvil verilib.
🙏 27❤ 7
Photo unavailableShow in Telegram
⚡️ Bir neçə gün öncə Türkiyədə saxlanılan Milli Şura üzvü Gültəkin Hacıbəyli deportasiya olunacaq.
O bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.
G.Hacıbəyli isə bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini qeyd edib.
😡 19👏 3❤ 2👎 2🤔 2
Photo unavailableShow in Telegram
⚡ Uitkoff Zelenski ilə danışıqlarda Ukrayna SQ-nin Donbasdan tam çıxmasına çalışır, — AFP
❗ Zelenski isə bu təklifi bir daha rədd edib.
📍 Danışıqlar bu axşam davam etdiriləcək.
😡 29❤ 4👍 4
❗ Prezident tərəfindən Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.
Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
👏 11👍 3❤ 2👎 1🙏 1
Repost from Operativ Media
⚡Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
👍 19❤ 2🙏 1
⚡🇦🇿 FHN-in əməkdaşlarına ali hərbi və xüsusi rütbələr verilib - SƏRƏNCAM
📍 General-mayor Adil Ələsgər oğlu Abdullayevə “general-leytenant” ali hərbi rütbəsi
📍 Polkovnik Fərhad Nəriman oğlu Səmədova “general-mayor” ali hərbi rütbəsi
📍 Polkovnik Seymur Taleh oğlu Qaraşova “general-mayor” ali hərbi rütbəsi
📍 Daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
❤ 4👍 3👎 3
Photo unavailableShow in Telegram
⚡🇺🇦 📊 Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yeni sorğusu və nəticələr
📍 Sorğuda iştirak ukraynalıların 63% -i nə qədər lazımdırsa, o qədər müharibəyə dözməyə hazır olduqlarını bildiriblər.
📍 Respondentlərin 72%-i Ukraynaya etibarlı təhlükəsizlik zəmanətinin müqabilində müharibənin hazırkı cəbhə xəttində dondurulmasını əks etdirən sülh planına razıdır. Lakin işğal olunmuş ərazilərin Rusiyaya məxsusluğunu tanımamaq şərti ilə.
📍 75% Ukrayna qoşunlarının Donbasdan çıxarılması, orduya məhdudiyyətlər qoyulması və konkret təhlükəsizlik zəmanətlərinin olmamasını əhatə edən planı rədd edir.
📍 17% sülh planının Rusiya versiyasına müsbət rəy verib.
📍 9% müharibə gedərkən prezident seçkilərinin keçirilməsinin lehinə səs verib.
📍 Zelensiyə etibar edənlər 61%, etməyənlər isə 32%-dir.
👍 19👏 5❤ 2😁 1
Photo unavailableShow in Telegram
📍🩺 Tanış olun, Rusiya elitasının yeni oftalmoloqu Bəşər Əsəd
✈️ Devrildikdən sonra Rusiyaya sığınan keçmiş Suriya prezidenti Bəşər Əsəd özünə yeni iş tapıb.
👓 O, Moskva elitasının göz problemlərinin müayinəsi və müalicəsi ilə məşğuldur.
🗞️ Bu barədə “The Guardian” yazır.
📍 Məqalədə qeyd olunur ki, B.Əsəd rus dilini öyrənir, həkim olmaq üçün dərs alır və sakit, dəbdəbəli həyat yaşayır.
👨🏻⚕️ İxtisasca cərrah-oftolmoloq olan Bəşər pul üçün deyil, bu işi sevdiyi üçün fəaliyyət göstərir.
💰 2018/19-cu illərdə Rusiyaya təxminən 250 milyon dollar nağd pul aparan sabiq prezidentin ailəsinin Moskvada 20 dəbdəbəli mənzili var.
🔬 Suriyadakı vətəndaş müharibəsində bir sıra qanlı cinayətlərə imza atmış Bəşər Əsəd indi Moskvada insanların gözünü yoxlayır.
😡 26😁 25👍 5👎 4❤ 2🤔 2
